Ötən il Azərbaycana 2 milyondan çox turist gəlib- RƏSMİ

2023-cü ilin dekabr ayında Azərbaycana 192 min 869 əcnəbi vətəndaş səfər edib ki, bu da 2022-ci ilin göstəricisindən (143 min 814) 34,11 faiz çoxdur.

Dövlət Turizm Agentliyi bildirir ki, 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 2 milyon 86 min 548 nəfər turist səfər edib (30,2 faiz artım).

2023-cü ilin dekabr ayında Azərbaycana səfər etmiş ən çox əcnəbilərin ölkələri müvafiq olaraq Rusiya (47 min 347 nəfər), Türkiyə (36 min 372 nəfər), Hindistan (17 min 524 nəfər), İran (17 min 526 nəfər), Birləşmiş Ərəb Əmirlikləri (11 min 374 nəfər), Gürcüstan (10 min 781 nəfər), Pakistan (6009 nəfər), Qazaxıstan (4823 nəfər), Özbəkistan (4441 nəfər) və Səudiyyə Ərəbistanı (4174 nəfər) olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Azərbaycana 119 min 94, fevral ayında 113 min 473, mart ayında 136 min 505, apreldə – 154 min 233, mayda – 190 min 081, iyunda – 205 min 910, iyulda – 224 min 826, avqustda – 200 min 138, sentyabrda – 192 min 115, oktyabrda – 187 min 843, noyabr ayında isə 169 min 461 turist səfər edib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycana 1 602 600 əcnəbi vətəndaş səfər edib ki, bu da 2021-ci ilin göstəricisindən (790 min 62 nəfər) iki dəfə çoxdur.
Əvvəlki məqalə

III kurs tələbəsi özünü asaraq intihar edib

Sonrakı məqalə

Məhkəmə Qubad İbadoğlunu ev dustaqlığına buraxmayıb