Ötən il yol polisi qayda pozan sürücülərə 118 milyon manat cərimə yazıb

Ötən il qayda pozan sürücülərə yazılan cərimələrin məbləği açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ildə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3631,1 min olub.

Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 6,5 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,6 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 118,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN 30 vəzifəli şəxsin işdən çıxarılması xəbərinə aydınlıq gətirib

Sonrakı məqalə

“Ölkədə dövlət çevrilişi ilə bağlı deyilənlərin heç bir əsası yoxdur” –