Bu ilin birinci rübündə Azərbaycandakı mehmanxanalar göstərilən xidmətlərdən 60 milyon manat (35 milyon dollardan çox) gəlir əldə ediblər.
Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 15,8% azdır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gəlirlərin azalması turistlərin həm xaricdən, həm də ölkə daxilində səyahət etməsinə məhdudiyyət qoyulmasının nəticəsidir.
Üç ay ərzində ölkədə mehmanxanalarda gecələmələrin sayı 474,6 min nəfər təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13% azdır. Bununla yanaşı, mart ayında gecələmələrin sayı fevral ayı ilə müqayisədə 2,7 dəfə, ötən ilin mart ayına nisbətən isə 2,9 dəfə azalıb.