Ötən il manatın məzənnəsi bu qədər möhkəmlənib

Ötən il ərzində manatın nominal effektiv məzənnəsi 19.3%, real effektiv məzənnəsi isə 5.1% möhkəmlənib.

Bu barədə Mərkəzi Bankın 2023-cü il üzrə Pul Siyasəti İcmalında deyilir.

Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan əhəmiyyətli aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib.

Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amillərdən biri kimi çıxış edib.

Hesabat ilində manatın məzənnəsi ticarət tərəfdaşı olan digər ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.