Özbəkistan turistlər üçün COVİD qadağalarını ləğv edir

Özbəkistanda iyunun 10-dan hava limanlarında, dəmir yolu vağzallarında və keçid məntəqələrində turistlər üçün bütün koronavirus məhdudiyyətləri ləğv edilir.

Azpost.info xəbər verir ki, artıq ölkəyə gələnlər üçün koronavirus üçün PCR testinin mənfi nəticəsi, sürətli antigen testi və ya peyvənd sertifikatı tələb olunmayacaq.

“Komissiya Özbəkistanda koronavirus infeksiyasının yayılmasının azaldığını, bu infeksiya ilə xəstəxanaya yerləşdirilənlərin sayında müsbət dəyişikliyin olduğunu, həmçinin dünyada epidemioloji vəziyyəti nəzərə alaraq belə bir qərar verib”, – Özbəkistanın Turizm və Mədəni İrs Nazirliyindən bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

ABŞ və müttəfiqləri Ukraynaya görə iclas təyin edib –

Sonrakı məqalə

Azərbaycanda daha 10 nəfər COVID-19-a yoluxub