Özbaşına salınmış yaşayış massivləri ilə bağlı konsepsiya hazırlanır

Abşeron rayonunun bütün “sovxoz”ları artıq yaşayış massivlərinə çevrilib. Kütləvi massivlər “özbaşına tikililər” adı altında konsepsiya da işlənib, təsdiq olunacaq.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə özbaşına yaşayış massivlərinin formalaşdırılması ilə bağlı kütləvi kateqoriya dəyişiklikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək.

“Burada həm məskunlaşma məsələləri, həm də şəhərsalma elementləri və infrastruktur gözlənilməlidir. Biz müasir dövlətik, ona görə də bu məsələlər hökumətin həyata keçirdiyi şəhərsalma qanunvericiliyi və şəhərsalma örnəkləri ilə tənzimlənəcək”.

Əvvəlki məqalə

Bu ayın bütün sosial ödənişləri Qurban bayramı ərəfəsində tam ödəniləcək

Sonrakı məqalə

İranda prezident seçkiləri ilə bağlı təşviqat kampaniyası başlayır