Özünü qəza qurbanı kimi göstərib yardım istədi – Avtomobili qaçırdı – VİDEO

Rusiyada qəribə maşın qaçırma cəhdi qeydə alınıb.

Azpost.info bildirir ki, Barnaul vilayətində bir oğlan mühafizəçinin avtomobilini oğurlamaq üçün özünü avtoqəza qurbanı kimi göstərib.

Özəl mühafizə şirkətinin əməkdaşı yolla maşın sürərkən bir nəfərin yerə uzandığını görüb. Həmin şəxs deyib ki, onu zibil maşını vurub, çətinliklə hərəkət edə bilir.

Mühafizəçi kömək etmək qərarına gəlib və ən yaxın xəstəxanaya gedərək oğlanı əlil arabasında ora aparıb.

Özəl mühafizə şirkətinin əməkdaşı həkim çağırmağa getdikdən sonra gözlənilməz hadisə yaşanıb: Xəstə qəfildən arabadan duraraq qaçmağa başlayıb. Daha sonra o qapının qabağında saxlamış maşına oturararaq onu  qaçırıb.

Daha sonra baş verənlər daha maraqlı olub: oğru “Lada Grant” markalı avtomobili Zmeynoqorski şossesi ilə sürüb, “Kia Rio”ya çırpılıb və qəza yerindən qaçmağa cəhd edib. Ancaq uğursuz “aktyoru” bir neçə kilometrdən sonra maşını aşırıb və saxlanılıb.

Əvvəlki məqalə

Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

Sonrakı məqalə

Suriya DİN Əsəd rejiminin üzvlərini silahlarını təhvil verməyə çağırıb