Pənah Hüseyn 5 min partiya üzvünün siyahısını nazirliyə təqdim edib

Azərbaycan Xalq Partiyası “Siyasi partiyalar haqqında” AR qanununa müvafiq olaraq 5854 nəfərlik üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib.

Azpost.info bildirir ki, bu barədə AXP-nin sədri, sabiq Baş nazir Pənah Hüseyn məlumat verib.

“Qanunda tələb olunan sənədlər, o cümlədən üzvlərin 5854 nəfərdən ibarət sayda reyestri kağız və elektron variantda iyulun 5-də Ədliyyə Nazirliyinə təqdim edilib”-deyə o vurğulayıb.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” AR qanununa müvafiq olaraq (30.2. maddə) yenidən qeydiyyat üçün tələb olunan sənədlərin təqdim edilmə müddətinin bu gün başa çatır.

Azpost.info

Əvvəlki məqalə

“Abşeron” qaz yatağında hasilata başlanılıb

Sonrakı məqalə

Putin Ukraynanın işğal olunmuş regionlarında sakinlərin kredit borclarını dondurdu