2024-cü ilin yanvar-iyun aylarında Pakistandan Azərbaycana gələn turistlərin sayı 51 % artaraq 40 mini ötüb.
Bunu Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
“İki ölkə arasındakı turizm əməkdaşlığını inkişaf etdirmək üçün potensial var. “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İslamabad, Karaçi və Lahora həftədə 2 dəfə mütəmadi uçuşlar həyata keçirir”.