Papa Fransiskin tənəffüs problemi davam edir

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ağciyərində infeksiya davam edir.

Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Qripdən əziyyət çəkən Papa Fransiskin səhhətində vəziyyət stabil olsa da, ağciyərlərində iltihablı proses olduğundan tənəffüs problemi davam edir.

“Papanın vəziyyəti stabildir, hərarəti yoxdur, lakin ağciyərlərdə iltihabi proses davam edir, bu da nəfəs almaqda çətinlik yaradır. O, antibiotiklərlə müalicəsini davam etdirir”, – deyə qeyd olunub. APA

Əvvəlki məqalə

Türkiyə Azərbaycan-Ermənistan danışıqlarının sülh sazişi ilə nəticələnəcəyinə ümid edir

Sonrakı məqalə

“Qalatasaray” “Mançester Yunayted”lə heç-heçə edib