Papa kilsələrdəki pedofil keşişlərə görə əzab çəkdiyini deyib

Roma Papası Fransisk kilsədə cinsi təcavüzü araşdıran müstəqil komissiyanın yaydığı hesabata münasibət bildirib.

Qeyd edək ki, kilsələrdə uşaqların cinsi istismarını araşdırmaq üçün 2018-ci ildə yaradılan müstəqil komissiyanın hesabatına əsasən, Fransada kilsələrdə 1950-ci ildən 2020-ci ilə qədər 216 min uşaq cinsi istismara məruz qalıb.

Roma Papası Fransisk Katolik Kilsəsindəki pedofiliya ilə bağlı hesabatın məzmunundan dərin mənəvi əzab keçirdiyini vurğulayıb.

Bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni açıqlama verib.

Xatırladaq ki, 1950-ci ildən bəri Fransa Katolik Kilsəsində 2900-3200 arasında pedofil keşiş və ya kilsənin digər üzvlərinin fəaliyyət göstərdiyini aşkarlanıb.

2500 səhifəlik hesabatda həm cinayətkarların sayı, həm də qurbanların sayı əks olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rəfsəncani Yeltsindən xahiş etdi ki, Şuşanın işğalına müdaxilə etsin” –

Sonrakı məqalə

Süni intellekt insan həyatına necə təsir edəcək?