Paraşütdən atlama təlimində həyatını itirən hərbi qulluqçumuz Şəmkirdə dəfn edilib- FOTO

İyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində vida mərasimi keçirilib.

Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin və hərbçimizin xidmət etdiyi N saylı hərbi hissənin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti iştirak ediblər.

Sənan Əhmədov rayon qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əhmədov Sənan Nurəddin oğlu iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub(azərtac).

Əvvəlki məqalə

Estoniya ruslar üçün daşınmaz əmlak alışını məhdudlaşdıracaq

Sonrakı məqalə

Moskva və Bakı Azərbaycanda Baş konsulluğun yaradılmasını müzakirə edir