Parlament Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında Sazişi təsdiqləyəcək

Parlament Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında Sazişi təsdiqləyəcək.

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

Onun sözlərinə görə, Milli Məclisin gündəliyi buna görə dəyişib.

Prezidentin bir məktubu ilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi bugünkü iclasın gündəliyinə daxil edilib.

Əvvəlki məqalə

ABŞ Maliyyə Nazirliyi 100 gəmini yoxlayacaq

Sonrakı məqalə

Robet Koçaryanın oğlu parlamentdə and içib