Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar exit-poll keçirmək üçün müraciət etmiş Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (“AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə) müraciətinə baxılıb.
APA-nın məlumatına görə, məsələ barədə MSK sədrinin müavini Rövsət Qasımov məlumat verib.
MSK Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (“AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə akkreditasiyası barədə qərar qəbul edib.
Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.