“Parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək”- Metyu Brayza

Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək.

Trend-in məlumatına görə, bu sözləri secki-2020.az saytına Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O bildirib ki, islahatlar prosesinə töhfə vermək, yeni ideyalar gətirmək məqsədilə parlamentin buraxılmasına dair qəbul edilən qərar təqdirə layiqdir: “Bu, çox stimulverici prosesdir və nümunəvi məqamdır. Beynəlxalq ictimaiyyətin də diqqəti Azərbaycandakı seçkilərə yönələcək. Düşünürəm ki, Azərbaycanda aparılan islahatlar ölkənin hərtərəfli inkişafına yeni təkan verəcək”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir