Parlament seçkiləri ilə əlaqədar 99 beynəlxalq müşahidəçi qeydə alınıb

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

İndiyə qədər 26 ölkə və 8 beynəlxalq qurumdan 99 beynəlxalq müşahidəçi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.