“Partiyanın ilk qaradərili liderinin olması qürurverici bir məqamdır”- Britaniya Baş naziri

Böyük Britaniya Baş naziri Kir Starmer Kemi Beydnoku Britaniya parlamentində partiyaya rəhbərlik edən ilk qaradərili siyasətçi olması münasibətilə təbrik edib.

Azpost.info xəbər verir ki, bu barədə Starmer X-də Beydnok müxalifətdəki Mühafizəkarlar Partiyasının lideri seçildikdən sonra yazıb.

“Partiyanın ilk qaradərili liderinin olması ölkəmiz üçün qürurverici bir məqamdır. Britaniya xalqının maraqları naminə sizinlə və partiyanızla işləməyi səbirsizliklə gözləyirəm”, – Starmer bildirib.

Azpost.info

Əvvəlki məqalə

COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçiriləcək

Sonrakı məqalə

Dünya şahmatında yeni rekord