Paşinyan Ermənistanın 207 hərbçisinin öldüyünü və itkin düşdüyünü açıqladı

Ermənistan-Azərbaycan sərhədində son qarşıdurmadan sonra ölən və itkin düşənlərin sayı 207-yə çatıb.

Azpost.info xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda deyilir.

“Ölən və itkin düşənlərin sayı 207-yə çatır. O cümlədən üç mülki şəxs həlak olub, ikisi itkin düşüb. 293 hərbçi və üç mülki şəxs yaralanıb, 20 hərbçi əsir götürülüb”, – məlumatda bildirilir.

Azpost.info

 

Əvvəlki məqalə

“II Elizabetin vəfatından sonra Şotlandiyada müstəqillik tərəfdarlarının sayı azalıb”

Sonrakı məqalə

Sahibə Qafarova Kraliçanın vida mərasimində iştirak edib