Paşinyan Ermənistan tərəfinin itkilərini açıqladı- "Bu, hələ yekun rəqəm deyil"

“Azərbaycanla sərhəddə atışma nəticəsində Ermənistan tərəfi 49 nəfər itirib”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, bu, yekun rəqəm deyil.

Yerli parlamentdə çıxışı zamanı o, həmçinin bildirib ki, hazırda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı KTMT Daimi Şurasının iclası keçirilir.

Qeyd edək ki, Azərbaycan Ordusunun Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistanın 10 hərbçisinin yaralandığı bildirilirdi. Bu məlumatı Ermənistanın Göyçə vilayətinin Martuni şəhər tibb mərkəzinə istinadən “Sputnik Armeniya” yaymışdı.

Azpost.info

Əvvəlki məqalə

İran Bakı və İrəvan arasında vasitəçiliyə hazır olduğunu bəyan edib

Sonrakı məqalə

Düşmən Zəngilan istiqamətində ağır itkilər verərək geri çəkilib