Paşinyan Makronla Azərbaycanla danışıqları müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla ikitərəfli münasibətləri və Bakı-İrəvan danışıqlar prosesini müzakirə edib.
AzPost xəbər verir ki, bu barədə hökümət başçısının mətbuat xidməti məlumat yayıb.
İkitərəfli münasibətlər kontekstində enerji, yol tikintisi, təhsil, turizm, infrastrukturun modernləşdirilməsi sahələrində əməkdaşlıq müzakirə olunub.
Ermənistanın baş naziri Nikol Paşinyan Fransada süni intellekt (AI) sammitində iştirak edəcək.
Bunun üçün o, Parisə səfər edib.