Paşinyan NATO rəsmisi ilə Azərbaycanla sərhədin demarkasiyasını müzakirə edib

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədindəki və Qarabağdakı vəziyyəti, Ermənistanla NATO arasında tərəfdaşlıq və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Dialoq əsnasında Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası, regionda təhlükəsizliyin və sabitliyinin təmin edilməsi məsələləri, Laçın-Xankəndi yolundakı vəziyyət də müzakirə mövzusu olub(apa).

Əvvəlki məqalə

Putin Ramzan Kadırovun həyat yoldaşına dövlət mükafatı verdi

Sonrakı məqalə

“Ukraynalı diversantları siçovullar kimi məhv etmək lazımdır”