“Ermənistanın baş naziri Qarabağın Azərbaycan ərazisi olduğunu tanımaqla bölgənin kimə məxsus olması ilə bağlı prinsipial problemi həll etdi”.
Azpost.info bildirir ki, bu sözləri İsrail xüsusi xidmət orqanının keçmiş rəhbəri Yakov Kedmi “News.am”-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Paşinyan münaqişəyə səbəb olan prosesə son qoyub: “Bu prosesə fərqli yanaşmaq olar. Paşinyan “Qarabağ Azərbaycandır” deyəndən sonra Qarabağın nə vaxtsa Ermənistanın bir hissəsi olacağına dair ümidini dəfn edib”.
Politoloq xatırladıb ki, Rusiya sülhməramlıları Ermənistan, Azərbaycan tərəfinin razılığı ilə Qarabağdadır: “Bu razılaşma mövcud olduğu müddətdə Rusiya sülhməramlıları orada olacaq. Əgər Azərbaycan tərəfi razılaşmasa, o zaman Rusiya sülhməramlıları erməni tərəfi xahiş edərsə, Ermənistan tərəfinə keçib orada qala bilər”. – Kedmi əlavə edib.
“Əgər sabah Paşinyan desə ki, Rusiya sülhməramlılarına ehtiyac yoxdur, o zaman Rusiya bölgədə qalmayacaq”, – ekspert qeyd edib.
Azpost.info