Pele 30 mərtəbəli binada dəfn olunacaq

Braziliya millisinin heyətində üçqat futbol çempionu Pelenin dəfn mərasimi yanvarın 3-də Santos şəhərində keçiriləcək.

Bu barədə “Santos” klubunun saytı məlumat yayıb.

Vida mərasimi yanvarın 2-də yerli vaxtla saat 10:00-da başlayaraq bir gün davam edəcək. Daha sonra dəfn mərasimi çempionun dəfn olunacağı dünyanın ən böyük şaquli qəbiristanlığında baş tutacaq.

Buradakı mərasimdə yalnız ailəsi və yaxın dostları iştirak edəcək.

 

Pele 19 il əvvəl bu qəbiristanlıqda yer alıb. Qəbiristanlıq 30 mərtəbəli binadır.

Əvvəlki məqalə

Bakıda köşkə basqın edilib, satıcı bıçaqlanıb

Sonrakı məqalə

Dünya birjalarında neft qiymətləri: