Pele ilə stadionda vida mərasimi başlanıb – FOTOLAR

Əfsanəvi braziliyalı futbolçu Pele ilə vida mərasimi keçirilir.

Mərasim “Santos” klubunun Urbano Kaldeira Stadionunda təşkil olunub.

Dünyanın hər yerindən milyonlarla insanın vida mesajı göndərdiyi Peleni son səfərində minlərlə insan tək qoymayıb.

19 il “Santos”da oynayan, Braziliya yığması ilə 3 dəfə Dünya Çempionatının qalibi olan və karyerasını “Nyu-York Kosmos”da başa vuran Peleni sonuncu dəfə görmək üçün azarkeşlər stadiona axışıb.

Əvvəlki məqalə

Partlayış zamanı 18-ci mərtəbədəki bütün mənzillər dağılıb –

Sonrakı məqalə

Binada partlayış nəticəsində yaranan dağıntılar altından insan tapılmayıb –