Pele yenidən xəstəxanaya yerləşdirilib

Əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu Pele yenidən xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

Keçmiş futbolçu bir neçə ay əvvəl kimyaterapiya seanslarından keçdiyi San-Pauludakı klinikalardan birinə yerləşdirilib.

Bundan əvvəl, 2021-ci ilin sentyabrında 81 yaşlı Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat olunub.

Eyni zamanda bildirilir ki, hazırda əfsanəvi oyunçunun həyatı üçün heç bir təhlükə yoxdur, o, klinikada mütəxəssislərinin nəzarəti altındadır.

Əvvəlki məqalə

Ukrayna Donetskin Marinka şəhərini geri qaytarıb

Sonrakı məqalə

Rusiya ABŞ-ı sanksiya siyasətindən əl çəkməyə çağırıb