Əfsanəvi Pelenin cənazəsi olan tabut bazar ertəsi vida mərasiminin olacağı “Santos” futbol klubunun stadionuna aparılıb.
Bu barədə keçmiş futbolçu Edson Çolbi do Nasimentonun oğlu instagramda yazıb.
İnstaqram səhifəsində dərc olunan məlumatlara görə, bazar ertəsi gecə uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat etmiş futbolçunun cənazəsi San-Paulu klinikasından çıxarılıb. Santos şəhərinin küçələrində korteji əllərində azarkeş bayraqları tutmuş, ağ komanda köynəyi geyinmiş insanlar qarşılaşıblar.
“Biz evə gəldik” deyə Pelenin oğlu yazıb.
Stadion yerli vaxtla saat 10:00-da Pele ilə vida üçün açılacaq. Tabut stadionun mərkəzində yerləşdiriləcək.
Mərasimə gələnlər tabutun yanından keçə biləcəklər.
Mərasim bir gün davam edəcək. Daha sonra Pelenin tabutu şəhərin küçələrindən keçirərək yüz yaşlı anasının yaşadığı evin qarşısına aparılacaq.