“Pensiyaları, müavinətləri istənilən bankın bankomatından ala bilərsiniz” –

RƏSMİ MÜRACİƏT
01 İyul 2020 - 14:28

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası vətəndaşlara müraciət edib.

Azpost.info bildirir ki, müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov yayımlayıb.

Müraciətdə deyilir ki, vətəndaşlar sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomatından və ya POS-terminalından götürə bilərlər: “Əhalinin nəzərinə çatdırırıq ki, “COVID-19” pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomatından və ya POS-terminalından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərlər”.