Polad Bülbüloğlu qəza törətməsi barədə xəbəri təkzib edib

“Mənim Bakıda avtomobil qəzası törətməyim barədə məlumatın heç bir əsası yoxdur”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu idarə etdiyi BMW markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşını vurması barədə xəbərlərlə bağlı deyib.

Diplomat bildirib ki, Xəqani küçəsində hərəkətdə olarkən “Mercedes”in sürücüsü onun maşının vurulduğunu iddia edib: “Mən də onun maşınına yaxınlaşdım, bildirdim ki, hansı hissədən vurduğumu, toxunmanın izlərini, maşına dəyən ziyanı göstərsin. Göstərə bilmədi, çünki belə şey olmayıb. Mən heç bir qəza törətməmişəm”.

Bu gün yayılan xəbərə görə, hadisə paytaxtın Səbail rayonunda, Xəqani küçəsində qeydə alınıb.

Polad Bülbüloğlunun idarə etdiyi BMW markalı avtomobil taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşına arxadan toxunub.

Əvvəlki məqalə

“Rusiyada bu keçməyəcək” –

Sonrakı məqalə

Prezident İlham Əliyev Makronu təbrik edib