Rusiyanın Balakovo şəhərinin sakini 1993-cü ildə törədilmiş qətldə şübhəli bilinərək saxlanılıb.
Azpost.info bildirir ki, bu barədə regional İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.
Müstəntiqlərin araşdırmasına görə, 30 il əvvəl qadın şəhərin obeyktlərin birində bir kişi ilə tanış olub.
Daha sonra kişi yeni tanışını və onun dostunu evinə dəvət edib. Müttəhimlə qadın digər otaqda olarkən aralarında münaqişə yaranıb. Bu zaman qadın kişini boynuna və başına zərbələr endirib.
Qətldən sonra rəfiqələr mənzili tərk ediblər. Kişi ertəsi səhər evində ölü tapılıb.
Bu yaxınlarda polis yerli sakinlərdən birini qəza törətdiyinə görə saxlayıb. Onun barmaq izləri 30 il əvvəl qətlə yetirilmiş kişinin mənzilindən tapılan izlərlə uyğun gəlib. Məlum olub ki, həmin qadın kişini öldürmüş cinayətkarın rəfiqəsi olub.
63 yaşlı qadın artıq törətdiyi cinayəti etiraf edib.
Azpost.info