Polis “Fairmont” otelə gəldi, karantini pozub hovuzda çimənləri saxladı –VİDEO

Bakı şəhərində məşhur Alov Qüllələrində yerləşən “Fairmont” oteldə insanların kütləvi şəkildə hovuzda dincəlməsi sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.

Hazırda polis oteldə əməliyyat keçirir, müştərilər obyektdən çıxarılır.

Polisin keçirdiyi əməliyyat nəticəsində “Fairmont Baku” oteldə 10-dan çox şəxs saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Hazırda onlar barəsində araşdırma aparılır və nəticəyə uyğun olaraq hüquqi addımlar atılır. İctimaiyyətə geniş yekun məlumat veriləcək.

https://www.facebook.com/aliyev.abbas.ali/videos/1757753784364861/

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir