Telejurnalist Ceyhun Rzayevin intihar etməsinin qarşısı alınıb.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar DİN tərəfindən təcili müdaxilə edilib. O fikirindən daşındırılaraq polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır.
Zəruri olan tədbirlərin görülməsi təmin ediləcək.
Xatırladaq ki, C.Rzayev məhkəmə qərarına etiraz edərək özünü öldürəcəyini elan edib. Bunun üçün o dostlarını, jurnalistləri məkana gəlmələrini istəyib.
Azpost.info
