Polşa və NATO Rusiya ilə sərhədin yaxınlığında taktiki təlimlərə başlayıb

Polşada – Rusiya ilə sərhəddən 70 km aralıda yerləşən Orşi poliqonunda NATO ilə birgə “TUMAK-24” taktiki təlimləri başlayıb.

Azpost.info xəbər verir ki, təlimlərdə Polşa ordusu və NATO bölmələrinin 2,5 mindən çox hərbi qulluqçusu iştirak edir.

Bu barədə PAP agentliyi məlumat yayıb.

Məlumata görə, təlimlər dekabrın 2-dək davam edəcək. Manevrlərə 850 texnika cəlb olunub.

Təlimlərdə Polşa ordusu ilə yanaşı, Litva hərbçiləri ilə yanaşı, NATO-nun döyüş qrupunun əsgər və zabitləri də iştirak edir.

Azpost.info

Əvvəlki məqalə

Metronun “Bakmil” stansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

Sonrakı məqalə

Rusiya 502 ukraynalı hərbçinin meyitini Ukraynaya qaytarıb