Premyer Liqa:“Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb

Azərbaycan Premyer Liqasının VIII turu “Qarabağ” üçün əlamətdar olub.

Ağdam klubu VIII turda “Sumqayıt”a 5:0 hesabı ilə qalib gələrək, Azərbaycan çempionatlarında 138-ci böyükhesablı qələbəsinə imza atıb.

Bölgə təmsilçisi həm də öz meydanında qazanılan belə qələbələrin sayında rekordçu olan “Neftçi”yə çatıb. Bakılılar da eyni sayda matçda böyük hesaba seviniblər. Hər iki komanda evdə 89 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.

Qeyd edək ki, “köhlən atlar” ölkə çempionatlarında ilk böyükhesablı qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə qarşılaşmada əldə edib – 6:0.

Əvvəlki məqalə

Azad olunmuş ərazilərə könüllülük əsasında digər vətəndaşların köçürülməsi təklif edilib

Sonrakı məqalə

Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir