Prezident İlham Əliyev 18 Şəhid məzarı ilə bağlı göstəriş verdi –Qəbirlər Fəxri Xiyabana köçürüldü (YENİLƏNİB)

Qaradağda qəbristanlığın yol kənarındakı zolağında dəfn edilmiş 18 Şəhidin məzarı ilə bağlı yüksək səviyyədə qərar verilib.

Azpost.info bildirir ki, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev əziz Şəhidlərimizin məzarının 2-ci Fəxri Xiyabana köçülüməsi barədə göstəriş verib.

Artıq şəhidlərin dəfni prosesi yekunlaşıb.

Xəbəri parlament partiyası olan BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı yayıb.

Xatırladaq ki, şəhid ailələri bir neçə gündür ki, övladlarının bu məkanda dəfn edilməsi ilə bağlı narazılıq edirlər. Onlar məzarlığın qrunt sularının axdığı və əlverişsiz yerdə olduğundan narazı idilər.

**

Bakıda ümumşəhər qəbristanlığında dəfn edilmiş 18 Vətən müharibəsi şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.

Məzar yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, yaranmış problemin  optimal həll yolu müəyyən edilib.

Məlumata görə, məsələ ilə bağlı yekun qərarın qəbul edilməsi vaxtının uzanması bir neçə şəhid ailəsinin məzarların yerinin dəyişdirilməsi istəyi, əksər hissənin isə həmin qəbirstanlıqda qalmasına razı olması ilə bağlı olub.

Yanvarın 30-da idə rəsmi qurumlatın şəhid ailələri ilə bir daha görüşü keçirilib, onların qəbir yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınıb və müvafiq qərar qəbul edilib.

Bundan sonra ümumşəhər qəbirstanlığında dəfn olunmuş 18 Vətən müharibəsi şəhidinin məzarının II Şəhidlər xiyabanına köçürülməsi qərara alınıb.

Məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib. Məlumata görə, məzarlar açılarkən şəhidlərin ailə üzvləri və yaxınları, rəsmi şəxslər də iştirak edib və məzarların daxilində hər hansı su axıntısı və sızıntısı müşahidə edilməyib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zakir Həsənov Türkiyə Müdafiə nazirinin müavini ilə görüşüb –

Sonrakı məqalə

Azərbaycan ordusunun hərbi qulluqçüsu vəfat edib