“Prezident adından saxta müraciətlər olunur” –MEDİA açıqlama yaydı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlama yayıb. 
“Son günlər elektron informasiya resurslarında auditoriyanı çaşdırmaq məqsədilə yaradılmış hiperlinklər vasitəsilə yalan məlumatların tirajlanması halları müşahidə olunmaqdadır.
Belə ki, Azərbaycan Respublikasının Prezidentinin adından istifadə olunmaqla hazırlanan saxta müraciətdə istifadəçilərə maddi yardım vəd edilir və elektron hesab yaradaraq qeydiyyatdan keçməklə bu yardımdan faydalanmaq təklif edilir.
Bildiririk ki, qeyd olunan müraciət bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən kiber dələduzluq nümunəsidir.
Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallarla bağlı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyalara qarşı sayıq olmağa çağırırıq”.
Əvvəlki məqalə

İsrail HƏMAS tərəfindən oğurlanan daha 4 girovun öldüyünü açıqlayıb

Sonrakı məqalə

“Qərb oktyabrda Gürcüstanda yeni “Maydan” reallaşdırmaq istəyir” –