Prezidentin tapşırığı ilə “zəfər.az” saytı yaradılıb

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən “zəfər.az” saytı yaradılıb.

Azpost.info bildirir ki, Bu gün Heydər Əliyev Mərkəzində zefer.az saytının təqdimatı keçirilib.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, “Zəfər” salnaməsinin yaddaşlara köçürüldüyü Zəfər saytı Azərbaycan Prezidentinin tapşırığı ilə yaradılıb

Sayt Azərbaycanın 44 günlük Vətən Müharibəsinin virtual salnaməsidir. 44 gün ərzində hərbi, siyasi-diplomatik, informasiya və ictimai müstəvilərdə baş verən bütün əsas hadisələri xronoloji ardıcıllıqla əhatə edir. Sayt ensiklopedik formatda hazırlanıb, Vətən müharibəsi və “Böyük qayıdış”la bağlı məlumatları özündə əks etdirməyə hədəfləyib.

Belə ki, zəfər yalnız hərb meydanı ilə bitmir. Zəfər həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və iqtisadiyyatın dirçəldilməsi, reinteqrasiya proseslərini, siyasi-diplomatik və informasiya cəhbəsindəki növbəti uğurlarla xarakterizə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Sonrakı məqalə

Nazir qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisini açıqladı