Prezident Administrasiyasının rəhbəri Heydər Əliyevin məzarını ziyarət edib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev əbədiyaşar liderin Fəxri xiyabanda məzarını ziyarət edib.

Samir Nuriyev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramını bildirib.

Sonra Prezident Administrasiyasının rəhbəri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstəsi qoyub.

Əvvəlki məqalə

“Şıxov”da polis maşını piyadanı vurub

Sonrakı məqalə

Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət etdi –