Prezident Baydenin davranışı və qavraması pisləşir –“The Wall Street Journal”

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin bağlı qapılar arxasında iştirakçılıq səviyyəsi dəyişkəndir və pisləşmə əlamətləri göstərir.

Azpost.info bildirir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən yazıb.

Bayden bəzən təfərrüatlardan xəbərsizliyini nümayiş etdirir və qeydlərə əsaslanaraq anlaşılmaz açıqlamalar verir, bəzən də özünü enerjili aparır.

Nəşrin müəlliflərinin fikrincə, son bir il ərzində həmkarlarının Baydenin peşəkarlığı ilə bağlı fikirləri xeyli pisləşib.

“Kevin Makkarti və digər iki siyasətçi əvvəllər Baydenin davranışının və məlumatlılığının keçən il Nümayəndələr Palatasının Respublikaçıları ilə danışıqları zamanı gündən-günə dəyişdiyini söyləyib. O, bəzən respublikaçılarla kortəbii söhbətlər aparır, bəzən də mızıldanır və qeydlərə arxalanırdı”, – nəşr qeyd edib.

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

Vəkillər Kollegiyasının üzvü Mübariz Məmmədov vəfat edib