Prezident İlham Əliyev Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. APA-nın məlumatına görə, Sərəncama əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə və dövlət–din münasibətlərinin tənzimlənməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aşağıdakı əməkdaşları təltif edilir: “Tərəqqi” medalı ilə Allahverdiyeva Səbinə Elbrus qızı Babayev Vüqar Səyyad oğlu Həziyev Əli Vəli oğlu Hümmətov Vüqar Hümmət oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə İsmiyev Şəhriyar Muradxan oğlu Paşazadə Tərxan Əlhəddin oğlu.