Prezident İlham Əliyev:"Üçtərəfli formatın bəhrəsini görürük"

Bizim üçtərəfli əməkdaşlığımızın bir neçə formatı var – xarici işlər nazirləri, müdafiə nazirləri və iqtisadiyyat nazirləri arasında. Liderlərin də zirvə görüşləri baş tutub. Biz artıq bunun bəhrəsini görürük.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.

“Biz aydın görməyə başlamışıq ki, burada balansa ehtiyac var, – biz, əlbəttə, enerji layihələrindən başladıq, – istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans. Biz hamı üçün uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı təmin edildi”, deyə dövlət başçısı qeyd edib.

Əvvəlki məqalə

“Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq”

Sonrakı məqalə

20 yanvar Bakı qırğınına rəhbərlik etmiş Baş nazir Rıjkov –