Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni qanunu təsdiqləyib

Dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqı müəyyənləşdiriləcək.

Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan “Dövlət satınalmaları haqqında” qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğlərini, onların ödənilməsi, geri qaytarılması və ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə qaydalarını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Eyni zamanda NK 4 ay müddətində açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların həmin Qanununun tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarlarını da müəyyənləşdirməlidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.