Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı keçirilən sui-qəsd cəhdinə münasibət bildirib.
Bununla bağlı Prezident İlham Əliyev sosial mediada paylaşım edib.
“Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq”-deyə dövlət başçısı bildirib.
“Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”deyə Prezident vurğulayıb.