Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının imzaladığı sərəncamla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilib: “Şöhrət” ordeni ilə
Dadaşov Rafael Məlik oğlu Quliyev Nurəddin Əzulla oğlu Məlik Ramiz Ağarza oğlu “Tərəqqi” medalı ilə Ağaverdiyeva Məsməxanım Aslan qızı Atakişiyeva Mətanət Ağazair qızı Əliyeva Münəvvər Sabir qızı Həsənov Rafael Vaqif oğlu Hüseynov Fizuli İsmət oğlu Quliyev Elxan Əli Bala oğlu Məmmədov Elnur Mehrəli oğlu Məmmədov Hacıbaba İsmayıl oğlu.   Prezident İlham Əliyev digər sərəncamı ilə Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə, Abdullayev Kazım Ənvər oğlu və Nurzadə Əli Qayıb oğluna “Xalq artisti” fəxri adı verilib. Abdullayev Mətləb Fətəli oğlu, Babayeva Əminə Ağahüseyn qızı, Bəxtiyarov Rəşad Bəhram oğlu və Qarayev Elnar Cəfər oğluna “Əməkdar artist” fəxri adı verilib.
Prezident İlham Əliyev həmçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib: Cəfərova Bəsti Əli qızı Əsədova Məleykə Əlifağa qızı Mustafayeva Laləzar Bəşir qızı Novruz Ramiz Qəvvam oğlu.