Prezident Şəhid ailələrinə dəstək Fondunun tərkibini təsdiqlədi –

ADLAR
08 Dekabr 2020 - 11:18

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilər Şurasının tərkibi təsdilənib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Abdullayev Çingiz Akif oğlu

Alızadə Sevinc Əsgərxan qızı

Aslanov Novruzəli Davud oğlu

Aşina Məsud

İbrahimov Mənsum İsrafil oğlu

İsgəndərov Anar Camal oğlu

Qasımov Balakişi Ələkbər oğlu

Novruzov Cahangir Mütəllib oğlu

Ramaldanov Şair Ramaldan oğlu

Səfərəliyeva Rəna Teymur qızı

Zəkiyev İlham Əzizağa oğlu.