Prezident seçkiləri ilə əlqədar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib

Növbədənkənar Prezident seçkiləri ilə əlqəadar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkədə 6300-dən çox seçki məntəqəsi var: “Hər məntəqəyə 15-ə qədər müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var”.

M.Pənahov söyləyib ki, beynəlxalq müşahidəçilərin sayı 800-ə çatıb.

Əvvəlki məqalə

Separatçı milyarder Vardanyanın şikayəti təmin edilməyib

Sonrakı məqalə

Sosial müavinət və təqaüd alanların sayı açıqlanıb