Prezident Silahlı Qüvvələr günü münasibətilə “Facebook”da paylaşım etdi:

"Azərbaycan əsgəri qürur mənbəyimizdir”
26 İyun 2020 - 10:04

Azərbaycan Prezidenti İlham Əliyev 26 İyun – Silahlı Qüvvələr günü münasibətilə özünün “Facebook” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Ordumuzun gücü Azərbaycan xalqının ona olan inamında və dəstəyindədir. Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir”.