Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasına gəldi

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi qarşılayıb.

Sonra Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.