Prezident İlham Əliyev Sankt-Peterburqa gedib- İşgüzar səfərə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşıladılar.

Əvvəlki məqalə

Yumurtanın qiymətinin artırılması üçün heç bir əsas yoxdur

Sonrakı məqalə

Ermənilərin silah anbarı kimi istifadə etdiyi mülki obyekt aşkarlanıb