Prezidentin 4 ay əvvəl açdığı parkda yol çöküb? – Avtobuslar əraziyə buraxılmır- FOTOLAR

28 May
28 May

Sosial şəbəkələrdə “28 May” NMM-də avtobusların hərəkətinin dayandırıldığı bildirirlir. AzPost xəbər verir ki, bu barədə sosial şəbəkələrdə forolar paylaşılıb. İdda edilir ki, əraziyə yalnız 14 saylı avtobus daxil ola bilir (ADNSU-nun qarşısına qədər).

Səbəb isə ərazidə bir neçə yerdə asfaltın çökdüyü, hazırda təmir edilməsidir.

Xatırladaq ki,Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısında aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdu. Həmin vaxtdan park rəsmi olaraq açılmışdı. 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.