Prezidentin xüsusi nümayəndəsi –"Ermənistan bir sıra maddələri yerinə yetirməyib"

“Ermənistan hələ də 10 min hərbçisini Qarabağdan, Azərbaycanın suveren ərazisindən geri çəkməyib”.

Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Deutsche Welle”-yə müsahibəsində deyib.

O, Ermənistanın bu kimi davranışları ilə 10 noyabr üçtərəfli bəyanatın bir sıra maddələrini yerinə yetirmədiyini qeyd edib.

“Azərbaycan sülh danışıqlarında iştirak üçün əlindən gələni edir. Təəssüf ki, Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın bir sıra maddələrini yerinə yetirməyib. Onlar hələ də Qarabağdan, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisindən Ermənistan silahlı qüvvələrinin təxminən 10 min hərbçisini geri çəkməyiblər və orada 30 tank, 50 artilleriya və digər ağır texnikalara malikdirlər. Onlar hələ də bizim ərazilərimizdə minalar basdırmağa davam edirlər. Bizim üçtərəfli bəyanatın imzalanmasından sonra artıq 200-dən çox mülki itkimiz var. Onlar bizim indi həmin bölgələri minalardan təmizləyən insanların həyatını qorumağımız üçün lazım olan dəqiq mina xəritələrini verməkdən imtina etdilər. Onlar öldürülmüş insanların kütləvi məzarlıqları barədə məlumatları açıqlamırlar. Bütün bunlar onların törətdikləri müharibə cinayətləridir. Biz indi çox da detallara getmək istəmirik – bunlar davam edən leqal prosedurlardır”, – deyə Elçin Əmirbəyov qeyd edib.

Əvvəlki məqalə

Ukrayna Xorvatiya limanları vasitəsilə taxıl ixrac etməyə başladı

Sonrakı məqalə

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə telefonla danışıb